“İstəyirəm ki, yığma ilə yaxşı ayrılım”
31.08.2010 - 23:01
“Haqqımda deyilənlər hamısı yalandır. Baş məşqçimiz Qurban Qurbanovla aramızda heç bir problem yoxdur. “Qarabağ”la may ayına qədər müqaviləm var. Klubu tərk edəcəyim barədə yayılan xəbərlər yalandır”. Bu sözləri apasport.az saytına açıqlamasında hazırda 21 yaşadək futbolçuların düşərgəsində olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.
Avropa Liqasının son oyunlarında ehtiyatda qalan Məmmədov bunu özü ilə əlaqələndirir. O baş məşqçi Qurban Qurbanovla aralarında heç bir problemin olmadığını bildirib: “Baş məşqçimizlə aramızda heç bir problem yoxdur. “Bakı” klubuna keçəcəyim xəbəri cəfəngiyatdır. Son oyunlarda oynamamağım özümlə əlaqəlidir. Qurban müəllim fiziki cəhətdən zəif olduğumu əsas gətirərək, ehtiyatda saxladı. Qəbul edirəm, fiziki cəhətdən bir qədər zəifəm. Ona görə də, son oyunlarda ehtiyatda qaldım”.
Hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandanın düşərgəsində olan gənc yarımmüdafiəçi əsas yığmadan kənar qalmasını da normal qəbul edir: “Özünüz də yaxşı bilirsiniz ki, əgər əsas komandada oynamıramsa, yığmadan kənar qalmağım təbiidir. Ona görə də milli komandanın baş məşqçisi Berti Foqts dəvət göndərməyib. Bunu təbii qarşılayıram”.
Artıq 22 yaşı olan Məmmədov U-21 heyətində seçmə mərhələyə uğurlu nöqtə qoymaq istədiyini qeyd edib: “Bu seçmə mərhələ U-21-n heyətində sonuncu oyunlarımız olacaq. İstəyirik ki, yığma ilə yaxşı ayrılaq. Hazırlığımızı davam etdiririk. U-21-ə dəvət olunan futbolçular hamısı buna layiqdirlər. İnanıram ki, qarşıdakı iki oyunda uğurlu nəticələr əldə edəcəyik”.

0
0