“Turan”da daha bir transfer
31.08.2010 - 23:04
Tovuzun “Turan” klubu “transfer pəncərəsi”nin son günündə maraq dairəsində olduğu Georgi Çediyanın keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə gürcüstanlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah yarımmüdafiəçisi olan Çediya Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür. Rustavının “Olimpik” klubundan transfer olunan gürcüstanlı futbolçu ilə müqavilə Tbilisidə imzalanıb və müqavilənin bir nüsxəsi PFL-ə göndərilib.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi “Turan”la müqavilə imzaladıqdan sonra U-21-in düşərgəsinə qoşulmaq üçün Türkiyəyə yollanıb.

0
0