Vinfred Şaferin çəkindiyi rəqib
31.08.2010 - 23:05
Vinfred Şaferin çəkindiyi rəqib
“Oyunumuzun təxirə salınmasından istifadə edib “İnter” - “Neftçi” və AZAL - “Xəzər-Lənkəran” qarşılaşmalarını stadiondan izlədim. “Neftçi”nin oyunu çox xoşuma gəldi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Avro-2010-in seçmə mərhələsi ilə əlaqədar Unibank Premyer Liqasına verilmiş fasilədən istifadə edən almaniyalı mütəxəssis futbolçularına 4 günlük istirahət verib. Özü isə digər komandalarının oyunlarının lent yazısını izləyərək təhlillər aparır: “Fasilədən istifadə edərək futbolçulara 4 günlük istirahət vermişəm. Özüm isə Bakıda qalıb digər komandaların oyunlarını izləyirəm, təhlillər aparıram”.

Şafer çempionatda çıxış edən komandaların hazırkı vəziyyətlərini qiymətləndirərkən “Neftçi”ni xüsusi vurğulayır: “İmkan tapdıqca, komandaların oyunlarını izləyirəm. Canlı izlədiyim oyunlara əsasən onu deyə bilərəm ki, “Neftçi” inamlı təsir bağışlayır. Xüsusən 14, 9 və 11 nömrəli oyunçularını qeyd etməliyəm. Onların oyunu daha çox xoşuma gəldi”.

Almaniyalı çalışdırıcı çempionata verilmiş fasilədə yoldaşlıq görüşündə qüvvələrini sınayacağı Mahaçqalanın “Anji” klubu ilə oyun haqda da fikirlərini bölüşüb: “Bilirsiniz ki, fasilədən istifadə edib “Anji” ilə yoldaşlıq görüşü keçirəcəyik. Düzdür, komandanın əksər oyunçuları bu görüşdə iştirak etməyəcək. “Anji” ilə oyunda əsasən ehtiyatda qalan oyunçuların hazırkı vəziyyətini nəzərdən keçirəcəyəm”.