Millimiz böyük hesabla qalib gəldi
01.09.2010 - 08:31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2011-in seçmə oyunlarına hazırlaşan Bernard Lippertin yetirmələri I divizion təmsilçisi “Abşeron”u sınağa çəkiblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan qarşılaşmada yığmamız böyük hesablı qələbə qazanıb – 4:1. Millinin heyətində Elvin Məmmədov iki, Cavid İmamverdiyev və Bəxtiyar Soltanov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, yığmamız seçmə mərhələ çərçivəsində son oyunlarında sentyabrın 4-də Albaniya, 7-də Belarus yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız seçmə mərhələ çərçivəsində son oyunlarında sentyabrın 4-də Albaniya, 7-də Belarus yığmaları ilə üz-üzə gələcək.
0
0