“Kaş klub rəhbərliyi Əfran İsmayılovu da transfer etsin”
01.09.2010 - 09:27
“Kaş klub rəhbərliyi Əfran İsmayılovu da transfer etsin”
Millimizin kapitanı Rəşad Sadıqovun “transfer pəncərəsi”nin son günlərində “Əskişəhərspor” klubuna transfer olunması Türkiyədə böyük-əks səda doğurub. Apasport.az saytının xəbərinə görə, komandanın azarkeşləri forumlarda Sadıqovun transferini müzakirəyə çıxarıblar.

Təcrübəli müdafiəçini “Kayserispor” və “Kocaelispor”dakı çıxışına görə tanıdıqlarını bildirən azarkeşlər Rəşadın aqressiv futbol oynadığını qeyd ediblər. Fanatlar Sadıqovun “Qarabağ”dan transfer olunduğunu və Ağdam təmsilçisində 22 (Əfran İsmayılov) nömrəli futbolçunun da mövsümlərarası fasilədə transfer edilməli olduqlarını düşünürlər.

Əfran haqda ətraflı məlumat verən müəllif onun milli komandaya dəvət edildiyini xüsusi vurğulayıb. İsmayılovla bağlı azarkeşlərin fikirləri belədir: “Rəşad Sadıqovun transfer edildiyi “Qarabağ”da Əfran İsmayılov adlı gənc futbolçu var. Azərbaycan futbolunun son illərdə ulduzu parlayan futbolçularındandır. Onun oyununu Azərbaycan yığmasının heyətində izləyəcəyik. Kaş, klub rəhbərliyi mövsümlərarası fasilədə Əfranın da transferini həll etsinlər”.