Mahir Şükürovun oyunları ilə bağlı qərar verilməlidir
01.09.2010 - 09:44
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun oyunları təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi ilə sentyabrın 18-də görüşməli olan Kazanın “Rubin” komandası həmin görüşün başqa vaxta təyin olunmağını istəyir.
Son iki ildə Rusiya çempionu olan Tatarıstan təmsilçisi Premyer Liqa matçının bir gün sonra, yəni ayın 19-da baş tutmasının tərəfdarıdır. Artıq Mahirin komandası da “Rubin”in istəyi ilə razılaşıb. Lakin oyunun vaxtının dəyişdirilməsi ilə bağlı qərarı Rusiya Futbol Premyer Liqası (RFPL) verməlidir.
RFPL, Peşəkar Futbol Liqası (PFL) və Rusiya Futbol İttifaqının (RFİ) komissiyalarının birgə yığıncağında isə Mahirin daha bir oyunu ilə bağlı qərar veriləcək. Belə ki, bir sıra klublar təqvimin sıx olmasını əsas gətirərək, ölkə kubokunun 1/8 final görüşlərinin təxirə salınmasını xahiş edib. Adıçəkilən qurumlar sentyabrın 22-nə təyin olunan həmin matçların taleyinə aydınlıq gətirməlidir. Bu oyunların təxirə salınacağı halda, ya gələn il yazın əvvəlində, ya da bu ilin noyabrında keçirilməsi variantları mümkündür. Şükürovun komandası bu mərhələdə Premyer Liqanın lideri “Zenit”lə üz-üzə gəlməlidir.
Qeyd edək ki, “Anji” növbəti oyununu sentyabrın 12-də səfərdə “Rostov”a qarşı keçirəcək.

0
0