Yığmamız Hannoverdə də uduzdu
01.09.2010 - 09:55
Yığmamız Hannoverdə də uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyada təlim-məşq toplanışında olan Adil Şükürovun yetirmələri “Hannover 96” klubunun nəzdindəki U-17 komandası ilə qarşılaşıblar. Futbolçularımız bu görüşdən məğlub ayrılıblar – 0:1. Bu, 17 yaşadək futbolçulardan ibarət yığmamızın ardıcıl 4-cü məğlubiyyətidir.

Qeyd edək ki, Almaniya səfəri öncəsi qatıldığı Litvadakı “Palanqa turniri”ni qələbə ilə başlayan millimiz ardıcıl 3 dəfə uduzaraq 6-cı yerlə kifayətlənmişdi.

Mənbə: affa.az