Manuel Noyer: Azərbaycanla oyun bizim üçün çox vacibdir
01.09.2010 - 10:16
Manuel Noyer: Azərbaycanla oyun bizim üçün çox vacibdir
“Belçika və Azərbaycan yığmaları ilə oyunları səbirsizliklə gözləyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Manuel Noyer deyib.

“Şalke 04” klubunun 24 yaşlı qapıçısı hazırda Frankfurt şəhərində olan Bundestimin düşərgəsində hamının intizarda olduğunu açıqlayıb.

Manuel bildirib ki, komandası böyük arzularla yaşayır: “Təbii ki, Belçika və Azərbaycanla oyunlar bizim üçün çox vacibdir. Lakin biz seçmə mərhələnin taleyini mümkün qədər tez həll etmək istəyirik. Bundan sonra isə Avropa çempionu adını qazanmağa iddiamızı ortaya qoyacağıq”.

Qeyd edək ki, Noyer milli komandada 11 oyun keçirib.