“Gəncə” də şikayətə başladı
01.09.2010 - 15:11
“Gəncə” AFFA Apelyasiya Komitəsinə şikayət edib. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
4 illik fasilədən sonra güclülər dəstəsinə qayıdan gəncəlilər son turda “Muğan”la səfər oyunu zamanı hakimlər briqadasının və AFFA-nın İntizam Komitəsinin klub barədə çıxardığı qərarları haqsız sayır. Məlumatda bildirilir ki, Unibank Premyer Liqasının IV turunda “Muğan” – “Gəncə” oyunu zamanı meydan sahiblərinin yarımmüdafiəçisi Ramal Hüseynovun qonaqların oyunçusu Əkrəm Hodziç tərəfindən kobud şəkildə itələnməsi baş hakim tərəfindən qeydə alınmayıb, əksinə, həmin anda yıxılarkən topun Ramalın əlinə dəyməsi cərimə zərbəsi kimi dəyərləndirilib. Klub rəhbərliyi bu qərarın qərəzli olmasını, bununla da oyunun hesabına təsir göstərdiyini, 4 illik fasilədən sonra yenicə bərpa olunmuş, qədim futbol ənənələrinə malik Gəncə futboluna qarşı təzyiq kimi dəyərləndirir.
Bundan başqa, “Gəncə” rəhbərliyi qarşılaşmanın sonunda Hodziçin “Gəncə”nin oyunçusu Rafael Əmirbəyovu əli ilə vurması, sonradan futbolçuları nalayıq söyüşlərlə təhqir etməsi və insanlığa yaraşmayan hərəkətlərə yol verməsinə baxmayaraq, AFFA-nın İntizam Komitəsinin 31.08. 2010-cu il tarixli qərarı ilə Əmirbəyovun 4 oyunluq cəzalandırılıb, klub isə 4000 (dörd min) manat cərimə olunub. Gəncəlilər bunu obyektivlikdən uzaq qərar kimi dəyərləndirir, yenicə bərpa olunmuş komandanı ruhdan salmaq, istənilən yolla zərbə vurmaq kimi qəbul edir.

0
0