Almaniya millisinin əsas qapıçısı müəyyənləşdi
01.09.2010 - 15:47
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Almaniya millisinin 1 nömrəli qapıçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Bundestimin baş məşqçisi Yoahim Löv Manuel Noyerin digər qapıçılardan hazırlıqlı olduğunu bildirib.
O, sentyabrın 3-də Brüsseldə Belçika ilə Almaniya arasında keçiriləcək oyunda komandasının qapısını qoruyacaq. Dünya çempionatının final mərhələsində də Bundestimin əsas qolkiperi olan Noyer yalnız üçüncü yer uğrunda görüşdə ehtiyatda qalmışdı.
Qeyd edək ki, Azərbaycan və Almaniya sentyabrın 7-də Kölndə üz-üzə gələcək.

0
0