“Azərbaycan yığmasının seçmə mərhələdə çıxışına nikbin baxıram”
01.09.2010 - 23:03
“Yığmamızın Almaniya ilə səfər oyununa, yeni seçmə mərhələdə çıxışına nikbin baxıram. İndiki halda, Almaniyadakı görüşdə baxımlı oyun olmalıdır. Artıq oyunun, nəticənin yaxşılaşmasını tələb etməliyik. Baş məşqçi Berti Foqts da buna çox çalışır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Artıq 4 oyundur, yarım ildir qələbəyə həsrət qalan millimiz Avro-2012-nin seçmə mərhələsinə növbəti həftə Almaniya yığması ilə Köln şəhərində keçirəcəyi görüşlə başlayacaq. Son matçda, Küveyt yığması Bakıdakı yoldaşlıq görüşündə (1:1) həm nəticə, həm də oyun bizi narazı salsa da, Mircavadov ciddi narahatçılığa əsas görmür: “Razılaşın ki, Küveytlə yoldaşlıq görüşü ilə Almaniya ilə oyun arasında motivasiya tam fərqlidir. Almaniya kimi güclü, titullu rəqiblə oyun yığmamız üçün bir imtahandır. İnanıram ki, bu dəfə yaxşı olacaq. Futbolçularımız yaxşı oynasa, Avropadakıların diqqətini cəlb edib, güclü klublara keçmək imkanı qazanacaq. Yadınıza salın, Vaqif Cavadov “Tvente”yə necə keçdi? Rusiya yığmasına qarşı yaxşı oyun, vurduğu gözəl qolla diqqəti özünə cəlb etdi”.

0
0