Fateh Təkkə yenidən Türkiyəyə döndü
01.09.2010 - 16:35
Fateh Təkkə yenidən Türkiyəyə döndü
Mərkəz hücumçusu axtarışında olan “Beşiktaş” bu problemi həll edib. Apasport.az saytının məlumatına görə, “qara qartallar” Rusiyanın “Rubin” klubunda forma geyinən Fateh Təkkə ilə müqavilə imzalayıb. Bununla da 33 yaşlı hücumçu 4 illik fasilədən sonra vətəninə dönüb.

O, “Rubin”dən öncə çıxış etdiyi “Zenit”in heyətində böyük uğurlara imza atıb. Sankt-Peterburqlularla UEFA kubokunu və Superkuboku qazanan Təkkə 1 dəfə Rusiya çempionu və Rusiya superkubokunun adına da sahib olub. Türkiyəli futbolçu “Rubin”in heyətində isə Rusiya superkubokuna yiyələnib.

Qeyd edək ki, hücumçu “Zenit”ə 2006-cı ildə “Trabzonspor”dan transfer olunmuşdu.