Mişel Platinidən ermənilərə növbəti ötürmə
01.09.2010 - 17:13
Mişel Platinidən ermənilərə növbəti ötürmə
UEFA prezidenti Mişel Platini Ermənistanın Şərəf ordeni ilə təltif olunub. Apasport.az saytının məlumatına görə, bu ölkənin prezidenti Serj Sərkisyan qitə futbol qurumunun rəhbərini Ermənistanda idman və uşaq-gənclər futbolunun inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

O, bu gün İrəvana gələn Platiniyə mükafatı təqdim edərkən, ermənilər qarşısında xidmətlərini bu cür izah edib: “Biz sizi ona görə təltif edirik ki, siz bizə yaxşı ötürmələr verirsiniz. Ümid edirik ki, bunu gələcəkdə də edəcəksiniz”.

Qeyd edək ki, Fransa futbolunun əfsanəsinin İrəvana 3-cü səfərinin məqsədi Ermənistan yığmalarının yeni texniki mərkəzinin açılış mərasimində iştirak etməkdir. Platini 2006 və 2007-ci illərdə dəfə Ermənistan paytaxtına baş çəkmişdi.