“Xəzər Lənkəran” – “Şaxtyor” görüşü baş tutmadı
01.09.2010 - 23:07
“Xəzər Lənkəran” – “Şaxtyor” görüşü baş tutmadı
“Xəzər Lənkəran” klubunun UEFA kubokunun son qalibi “Şaxtyor”la oktyabrda planlaşdırdığı yoldaşlıq görüşü baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Ukrayna çempionu ilə ən yaxşı halda qışda oynayacaq.

“Xəzər Lənkəran”la “Şaxtyor”u rumıniyalı baş məşqçilər – Mirça Redniklə Mirça Luşesku çalışdırır ki, bu amil danışıqların müsbət nəticələnməsinə zəmin yaradırdı. Ancaq komandamız yaxın 4-5 ayda istəyinə nail olmayacaq. Məsələ ondadır ki, oyun qrafiki sıx olan “Şaxtyor”u ilin sonuna kimi Çempionlar Liqasının qrup mərhələsində gərgin mübarizə gözləyir.

Qeyd edək ki, bu komandaların yayda Avstriyadakı yoldaşlıq görüşü 0:2 hesablı məğlubiyyətimizlə nəticələnmişdi.