UEFA “Bakı” və “Debretsen”ə eyni gözlə baxmır
01.09.2010 - 17:37
UEFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Avropa Liqasının IV təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Liteks” (Bolqarıstan) - “Debretsen” (Macarıstan) matçında baş verənləri araşdırıb.
Belə ki, öz meydanındakı ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən macarıstanlılar səfərdən də qalib dönmüşdü – 2:1. Lakin cavab görüşünün 87-ci dəqiqəsində qonaqların heyətində dəyişiklik edilib. Meydana bu matçda oynamaq hüququ olmayan Peter Mate daxil olub. Yəni, Macarıstan təmsilçisi Azərbaycan kubokunun qalibi “Bakı”nın yol verdiyi xətanı təkrarlayıb.
Xatırladaq ki, bakılılar Çernoqoriyanın “Buduçnost” klubu ilə ilk matda oynamaq hüququ olmayan Joel Epallenin xidmətindən yararlanmışdılar. Bu səbəbdən də təmsilçimizin 2:1 hesablı qələbəsi 0:3 hesablı texniki məğlubiyyətlə əvəz olunmuşdu. Bolqarıstanlılar “Bakı”ya tətbiq olunan cəzanın “Debretsen”ə də şamil olunacağına ümid etsələr də, bu baş verməyib.
UEFA macarıstanlıları yalnız para cəzası ilə cəzalandırıb. “Debretsen”i 19200 dollar cərimələyən qurum onların Avropa Liqasının qrup mərhələsində oynamasına əngəl törədəcək texniki məğlubiyyətə ehtiyac duymayıb. “Bakı” ilə “Debretsen”ə eyni gözlə baxmayan qitə futbol qurumunun bəyanatında buna belə izah verlir: “Mate yalnız 3 dəqiqə meydanda olub. O, heç nəyi dəyişə bilməzdi. Cütün taleyinə aydınlıq gəlmişdi”.
Qeyd edək ki, Epalle “Buduçnost”la qarşılaşmada start heyətində meydana çıxmışdı.

0
0