Falçı Rani Almaniya - Azərbaycan oyununa proqnoz verdi
01.09.2010 - 23:00
Avro-2012-nin seçmə mərhələsinin oyunları ərəfəsində falçı heyvanlar yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsində verdiyi proqnozlarla dünyanı heyrətə gətirən ilbiz Paulun davamçılarından biri Azərbaycan yığmasının da falına baxıb.
Almaniyanın Baden vilayətinin zooparkında yaşayan Rani adlı fil Bundestimin qarşıdakı iki oyunu ilə bağlı falçılıq edib. 55 yaşlı dişi heyvan sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan milli komandaları ilə görüşəcək almaniyalılara bəd xəbər çatdırıb.
Raninin proqnozuna görə, dünya çempionatının bürünc mükafatçısı Brüsseldəki matçda büdrəyəcək. Fil hiss edir ki, Belçikada 1 xal qazanacaq Yoahim Lövün yetirmələri yığmamızla görüşdə əziyyət çəkməyəcək. Falçı bu matçda almanlara aşkar qələbə vəd edir.
Qeyd edək ki, almaniyalılar II Bundesliqanın avqustun 29-da keçirilən “Karlsrue” – “Allemaniya” matçının hesabını (3:0) dəqiq tapan Raninin yaxşı formada olduğunu düşünür.

0
0