“Qarabağ”ın oyunlarının tarixi müəyyənləşdi
01.09.2010 - 17:50
“Qarabağ”ın oyunlarının tarixi müəyyənləşdi
Unibank Premyer Liqasının təxirə salınmış oyunlarının keçirilmə tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası Ağdamın “Qarabağ" klubunun Avropa Liqasında iştirakı ilə əlaqədar baş tutmayan II turun "Qarabağ" - "Gəncə" və IV turun "Qarabağ" - "Bakı" oyunlarının taleyinə aydınlıq gətirib. Ağdam təmsilçisinin "Gəncə" ilə qarşılaşması sentyabrın 22-də, əvvəlcədən ehtiyat gün kimi seçilən tarixdə baş tutacaq. Ölkə kubokunun son qalibi "Bakı" ilə matç isə daha gec – oktyabrın 20-də oynanılacaq.

Qeyd edək ki, bu oyunlar müvafiq olaraq avqustun 15-i və 29-da keçirilməli idi.

Mənbə: pfl.az
0