Kənan Kərimov: Gəlin, çox dərinə getməyək
01.09.2010 - 18:08
“Gəncə”dən ayrıldım. Müqavilə qarşılıqlı şəkildə pozulub”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Kənan Kərimov deyib.
Mövsümlərarası fasilədə “Gəncə”yə keçən və çempionatın ilk oyununda əyalət təmsilçisinin forması altında meydana çıxan hücumçu sonradan fikrini dəyişərək, komandadan ayrılmaq qərarına gəlib: “Gəlin, çox dərinə getməyək. Nə baş məşqçi ilə, nə də klub rəsmiləri ilə aramızda hansısa problem yaşanıb. Sadəcə, özüm gəlmişdim, özüm də gedirəm”.
Artıq “transfer pəncərəsi” bağlandığı üçün futbolçu qışa qədər klubsuz qalacaq: “Fərdi məşq edəcəyəm. Hansısa klubun düşərgəsinə yollanmaq fikrim yoxdur. Qışda özümə yeni komanda tapacağam”.

0
0