Lippert: Komanda oyuna hazırdır
01.09.2010 - 20:22
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamızın bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda mətbuat üçün açıq məşqi keçirilib. Apasport.az saytının xəbərinə görə, məşqdən sonra yığmanın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Hazırlığın plana uyğun getdiyini söyləyən alman çalışdırıcı bildirib ki, daha uzunmüddətli təlim-məşq toplanışı keçirmək istəyir: “Lakin Premyer Liqa oyunları ilə əlaqədar bunu gerçəkləşdirmək mümkün deyil. Komanda oyuna hazırdır. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı nəticə əldə edək”.
0
0