Jaba toyu olmamış ata olacaq
03.09.2010 - 15:37
Jaba toyu olmamış ata olacaq
“Hazırlığımız davam edir. Təbii ki, “Qarabağ”la matçın təxirə salınması bizim üçün problem yaratdı. Çünki digər komandalar oynadığı halda, biz istirahət etdik. Axı nə qədər məşqlə kifayətlənmək olar?” Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.

Artıq ikinci mövsümdür paytaxt təmsilçisinin formasını geyinən braziliyalı futbolçu arxada qalan 3 oyunda rəqib qapılarına 3 dəfə yol tapıb. Özündən razı qalan Jaba “zolaqlılar”ın uğursuz çıxışının səbəbini izah etməkdə çətinlik çəkib: “3 oyundan 3 xal toplamaq, normal deyil. “Bakı” böyük komandadır. 2 məğlubiyyət almışıq ki, bunun da səbəbini izah etməkdə çətinlik çəkirəm. Mən hər görüşdə meydana çıxıram, qollarımı vururam. Çıxışımda problem yoxdur”.

Jaba, həmçinin bildirib ki, ata olmağa hazırlaşır. Belə ki, gələn ilin mayında ailə həyatı qurmağa hazırlaşan Jaba toyu olmamış ata olacaq: “Toyumuz gələn il mayın 20-də olacaq. Ancaq 10 gündən sonra ata olacağam. Nişanlım hazırda Braziliyadadır. Uşaq dünyaya gəldikdən sonra Bakıya gələcək. Təxminən 20 gündən sonra yeni doğulacaq uşağımla nişanlım yanımda olacaqlar”.
0