Albaniya yığmasının baş məşqçisi: Futbolçularım virusa yoluxmuşdu
04.09.2010 - 20:41
“Qələbə qazanmaq istəyirdik. Azərbaycan əsas rəqibimiz idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Albaniya yığmasının baş məşqçisi Artan Buşati deyib.
Gənclər arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının qonağı olan albaniyalıların çalışdırıcısı qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında yetirmələrini qınayıb. Buşati futbolçularının yaxşı oynamadığını bildirib: “Bilirdik ki, qarşımıza yaxşı konsentrasiya olunmuş komanda çıxacaq. Çox pis oynadıq. Hərçənd matçdan əvvəl futbolçularımız virusa yoluxmuşdular. Bu oyunda Azərbaycan yığması qələbəyə layiq idi. Onlara gələcəkdə də uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan yığması Albaniya üzərində minimal fərqli qələbə qazanıb – 3:2.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0