Kaxaber Sxadadze: Gənc futbolçularımız çox çalışmalıdırlar
06.09.2010 - 00:11
"Yoldaşlıq görüşü zamanı bəzi mövqelərimizi möhkəmləndirməyi və bağlamağı qarşımıza məqsəd qoymuşduq. “Kardemir Demir Çelik Karabükspor”la görüşdə bununla bağlı müəyyən nəticələr əldə etməyə imkan tapdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən ilk yoxlama oyunundan sonra klubun rəsmi internet saytına açıqlama verib. Sxadadze “Kardemir Demir Çelik Karabükspor”a məğlubiyyəti matçın ikinci hissəsində gənclərə şans verməsi ilə izah edib: “Birinci hissədə komanda baxımlı oyun nümayiş etdirib, gözəl qol vurmağı bacardı. Fasilədən sonra gənc futbolçulara şans verdik. Deyərdim ki, onlar pis təsir bağışlamadılar, amma öz üzərində çox çalışmalıdırlar”.
Qeyd edək ki, “İnter” bu qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0