“Xəzər Lənkəran” MOİK-i Bakıda qəbul edəcək
06.09.2010 - 09:05
“Xəzər Lənkəran” MOİK-i Bakıda qəbul edəcək
Unibank Premyer Liqasının V turunun oyunlarının keçirilmə yerində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, həftəsonu keçirilməli olan “Xəzər Lənkəran” və MOİK komandaları arasında qarşılaşmanın baş tutacağı məkan dəqiqləşib. Lənkəranlılar paytaxt təmsilçisini doğma meydanda deyil, Bakıda qəbul edəcəklər. Sentyabrın 12-də baş tutacaq qarşılaşma MOİK-in ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionda keçiriləcək. Cənubluların ev oyununun Bakıda keçirməsi hazırda Lənkəran şəhər stadionunda qış fəslinə hazırlıq işlərinin aparılması ilə bağlıdır.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Xəzər Lənkəran” – MOİK qarşılaşması saat 17:30-da başlayacaq.

Mənbə: lankaranfc.com