“Marsel” klubu Çempionlar Liqasından kənarlaşdırılır
06.09.2010 - 11:40
Fransanın “Marsel” klubunun Çempionlar Liqasının cari mövsümündə iştirakına problem yaranıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun gələn həftə start götürəcək ÇL-nin qrup mərhələsində iştirakı sual altındadır. Buna səbəb “Marsel”in “Nitsa” klubu ilə hücumçusu Loik Reminin keçidi ilə bağlı transfer razılaşmasını yerinə yetirməməsidir. “Nitsa” bununla bağlı UEFA-ya rəsmi şikayət edəcək. Əgər qitə futbol qurumu bunu haqlı saysa, marsellilər ÇL-nin qrupundan kənarlaşdırılacaq.
Qeyd edək ki, “Marsel” İngiltərənin “Çelsi”, Rusiyanın “Spartak” və Slovakiyanın “Jilina” klubu ilə bir qrupa düşüb.
Qeyd edək ki, “Marsel” İngiltərənin “Çelsi”, Rusiyanın “Spartak” və Slovakiyanın “Jilina” klubu ilə bir qrupa düşüb.
0
0