Belarusda qapını möhkəm çırpmalıyıq…
06.09.2010 - 12:07
Sabah 21 yaşlılardan ibarət yığma komandalar (U-21) arasında 2011-ci il Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, 9 ildən sonra rəsmi oyunda qələbə qazanan Azərbaycanın U-21-i seçmə mərhələni Belarusda bitirəcək. Alman mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu yığmamız Bakıda 2:3 hesabı ilə uduzduğu rəqibin qonağı olacaq. Komandamız Belarusun son illərdə dəyişməz çempionu olan, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən BATE-nin Borisov şəhərindəki stadionuna çıxacaq.
Sözsüz ki, bu oyunun nəticə baxımından meydan sahibləri üçün böyük əhəmiyyəti var. Axı belaruslar final mərhələsinə birbaşa çıxmaq üçün gözəl şans əldə edib və bunun üçün evdə autsayderi məğlub etmək yetərlidir. Georgi Kondratyevin baş məşqçisi olduğu yığmanın əsas rəqiblərinin - Avstriya ilə Şotlandiyanın öz aralarında oynaması xeyrinə olan amildir. Yəni bu görüşdə heç-heçə, Belarusun qələbəsi son rəqibimizi qrup lideri edəcək. Yığmamız isə son iki oyunda 4 xal toplamaqla həm məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir, həm də turnir cədvəlində vəziyyətini bir qədər yaxşılaşdırır.
İndi necə deyərlər, qapını möhkəm çırpmağın vaxtı çatıb ki, bu da əsasən 1989-cu il təvəllüdlü futbolçulara aiddir. Belə ki, Elvin Məmmədov, Cavid Hüseynov kimi milli komandada oyun təcrübəsinə malik futbolçular yaşlarına görə U-21-də çıxışlarını başa vurur. Onların Albaniya yığması ilə Bakıda oyundan sonra millinin hazırlığına qoşulmaq üçün Almaniyaya yollanacağı gözlənilsə də, bu, belə olmadı. Elvinlə Cavid U-21-nin heyətində Belarusa yollanaraq, orada bu yığma ilə yollarını ayıracaq. Millinin heyətində oynamış futbolçuların U-21-ə göndərilməsi Belarusdakı oyuna ümidlə baxmağımıza əsas verir. Nəzərə alaq ki, Albaniyanın U-21-i artıq yığmada çıxışını başa vurub və qrup sonuncusunu ona vermək üçün Lippertin yetirmələrinə 1 xal qazanmaq da yetərlidir.
7 sentyabr
20:00. BELARUS – AZƏRBAYCAN
Baş hakim: Stavros Tistonis (Yunanıstan)
Borisov. Şəhər stadionu
Mehman SÜLEYMANOV

1 | Şotlandiya | 7 | 4 | 2 | 1 | 14-6 | 14 |
2 | Avstriya | 7 | 4 | 2 | 1 | 16-9 | 14 |
3 | Belarus | 7 | 4 | 2 | 1 | 15-11 | 14 |
4 | Albaniya | 8 | 1 | 1 | 6 | 11-20 | 4 |
5 | Azərbaycan | 7 | 1 | 1 | 5 | 8-18 | 4 |
Mehman SÜLEYMANOV
0
0