“İnter” Türkiyədən tez qayıtmağa qərar verdi
06.09.2010 - 13:40
“İnter” Türkiyədən tez qayıtmağa qərar verdi
Bakının “İnter” klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu qonşu ölkədəki hazırlıqları yarımçıq dayandıraraq vətənə dönməli olub. Bunun səbəbi Türkiyədə hava şəraitinin qənaətbəxş olmamasıdır. Klub rəhbərliyi münasib olmayan şəraiti görərək komandanın geri qayıtmasına qərar verib. Hərçənd bakılılar sentyabrın 8-ə kimi qalacaqları ölkədə daha bir yoxlama oyunu keçirmək istəyirdilər.

Qeyd edək ki, Türkiyədə keçirilən yeganə yoxlama oyununda “İnter” “Hardemir Demir Çelik Karabükspor” klubuna 1:2 hesabı ilə uduzub.
0