Berti Foqts: Biz Almaniyaya heç-heçə niyyəti ilə gedə bilmərik
06.09.2010 - 14:42
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Almaniya Futbol İttifaqının rəsmi internet saytına müsahibəsi
- Cənab Foqts, ötən ilin avqust və sentyabrında rəhbərlik etdiyiniz Azərbaycan yığması Almaniya millisi ilə 2 dəfə görüşdü. İndi Avro-2012-nin seçmə mərhələsində növbəti dəfə həmyerlilərinizlə üz-üzə gələcəksiniz. Bir il müddətində 3-cü dəfə qarşılaşdığınız komanda ilə matç yenə xüsusi əhəmiyyət kəsb edir?
- Hər şeydən əvvəl bu, Azərbaycan yığması üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ötən il olduğu kimi, yenə də pulsuz dərs almaq imkanı olacaq. Gənc komanda üçün bu yaxşı haldır. Həm də iki ölkənin milli assosiasiyaları arasında dostluq münasibətləri var.
- Siz bu oyundan nə gözləyirsiniz?
- Deyəsən, bizim üçün o qədər də yaxşı deyil. Müsəlman ölkəsində çalışıram və burada Ramazan ayıdır. Problemlərimiz azmış kimi 3 futbolçumuz da zədələnib. Kölndəki oyuna 17-18 nəfərlə çıxa bilsək, çox sevinərəm.
- Almaniya yığması qələbə əzmində olduğundan sizin komandaya çətin olacağını bilirsiniz?
- Rəqib Kölndə bayram təşkil etmək istəyir. Dünya çempionatından sonrakı ilk ev oyununda, doğma auditoriya önündə əla əhval-ruhiyyədə olacaqlar.
- Komandanızda nə isə dəyişibmi?
- Son 12 ay ərzində yığmamız inkişaf edir. Son 10 qarşılaşmada cəmi 2 dəfə uduzub, 4 dəfə qalib gəlmişik. Bunun da biri Çexiya ilə oyunda. Rusiya ilə 1:1 hesablı heç-heçə isə düzgün yolda olduğumuzu göstərir. İki müdafiəçi və bombardirimizi itirmək isə bizi çətin vəziyyətdə qoyur.
- 2008-ci ildə Azərbaycana yeni getdiyiniz vaxt demişdiniz ki, yığmanı 4-5 ilə orta Avropa səviyyəsinə qaldıracaqsınız. Rusiya ilə heç-heçə etdiyiniz üçün hörmət qazandığınızı demək olar?
- Gənc futbolçuların inkişafından da çox razıyam. Lakin onlardan gözlədiyim də həddən artıq yüksək deyil. Biz Almaniyaya heç-heçə niyyəti ilə gedə bilmərik.
- Küveyt və Nigeriyada olduğu kimi, yenə qapıçılarla işləyən məşqçi kimi Uli Ştayna güvənirsiniz. Sizin belə əməkdaşlığınız nə ilə bağlıdır?
- O, öz sahəsində təcrübəli və bacarıqlı mütəxəssisdir. Ştayn Azərbaycandakı gənc qapıçılara lazım olan hər şeyi öyrədib. O, işini çox yaxşı görür.
- Yoahim Lövün yetirmələri doğma publika önünə dünya üçüncüsü kimi çıxacaqlar. Onların CAR-dakı dünya çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?
- Almaniya mundialın ən yaxşı komandası idi. Lakin təəssüf ki, istəyinə çata bilmədi. Oyununa görə Bundestim dünya çempionudur. Lakin futbolda həlledici amil qollardır. İspaniyaya məğlubiyyət çox üzücü idi. İndiki Almaniya yığmasında nadir hallarda olduğu qədər potensial ulduz var.
- Sabiq komandanızdan Avro-2012-də nə gözləyirsiniz?
- Mən 1970-ci ili xatırlayıram. Onda Meksikadakı dünya çempionatında üçüncü olmuşduq. İki il sonra Avropa çempionu adını qazandıq. Düşünürəm ki, indiki komanda da buna qadirdir.
- Məsud Özil və Sami Hediranın “Real” perspektivinə necə baxırsınız?
- Düşünürəm ki, Mourinyo kimi mütəxəssisin rəhbərliyi altında çıxış etmək onların xeyrinə olacaq. Futbolçular təkcə taktiki cəhətdən inkişaf etməyəcək, həm də intizam və xarakter baxımından irəliləyişə nail olacaqlar.
- Siz Mario Qomesi alman futbolunun parlaq ulduzu kimi görürdünüz. Niyə o, bunu doğrultmadı?
- Mario “Bavariya”da bir mövsüm keçirib. Hələ tələsmək lazım deyil. Kevin Kiqan və Alan Simonsen kimi ulduzları xatırlayaq. Onlar da yeni klublarına keçdikdən sonra bir müddət kölgədə qaldılar və sonradan parladılar. Qomesin böyük potensialı var. O, hələ öz sözünü deyəcək.
- Vaxtilə siz Almaniyanın bütün yığmalarına cavabdeh olmusunuz. Bu il 17, 19 və 21 yaşadək yığmaların hamısı Avropa çempionu oldu. Bu Almaniya futboluna nə verəcək?
- Əlbəttə ki, bu çox gözəl nəticədir. Lakin ən vacibi bu uğurun davamının gəlməyidir. Yaxşı xatırlayıram ki. vaxtilə ADR-in aşağı yaş komandaları AFR ilə müqayisədə daha çox titul qazanırdılar. Lakin bu istedadların əsas komandaya fayda verəcək səviyyəyə çatdırılması lazımdır. Mən də U-17 ilə 1984-cü ildə qitə çempionu olmuşam.
- Artıq Bundesliqaya start verilib. Sizcə burada “Bavariya” ilə mübarizə aparan olacaq?
- Mübarizə çox gərgin olacaq. Lakin ikinci yer uğrunda.
- Sizcə, ikinci kim olacaq?
- Mən Yupp Haynkesə inanıram. Düşünürəm ki, o, “Bayer”ə çox şey verə bilər.
- Digər milli çempionatlar haqda nə fikirləşirsiniz?
- İngiltərə yığmasının dünya çempionatındakı uğursuzluğu Premyer Liqaya təsir etməyib. Bu çempionat hələ də planetin ən güclü milli birinciliyidir.
- Bundesliqanı neçənci görürsünüz?
- Bundesliqa digər çempionatlara çatmaq üzrədir. Ən əsası isə 90 dəqiqə boyu meydanda əsl futbol mübarizəsi yaşanır.
- Təxminən 10 ildir ki, beynəlxalq arenada titul qazana bilmirik. Bu nə ilə bağlıdır?
- “Bavariya” bu ənənəyə son qoymağa çox yaxın idi. Dünya futbolunun lider klubları bir-birinə elə sıx qərarlaşıblar ki, burada hər səhv həlledici olur.
- 1998-ci ildə yığmadan ayrılandan sonra 2000/2001 mövsümündə “Bayer”də işlədiniz. Lakin sonra yalnız xaricdə çalışmağa üstünlük vermisiniz. Almaniyaya qayıtmaq fikriniz yoxdur?
- İdman direktoru və ya məsləhətçi kimi çağırsalar, mənimlə danışıqlara başlaya bilərlər. Əslində isə Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.

0
0