Millinin müdafiəçisi qarət olundu
06.09.2010 - 14:55
İngiltərə milli komandasının futbolçusu Eşli Koul oğruların qurbanı olub. Apasport.az saytının məlumatına görə, hazırda yığmanın düşərgəsində olan müdafiəçinin artıq sabiq həyat yoldaşı Şerillə şərikli evi qarət olunub. “Çelsi”nin arxa xətt oyunçusunun yoxluğundan istifadə edən cinayətkarlar gündüz vaxtı onun evinə soxulublar. London yaxınlığındakı malikanəsinin qiyməti 4,5 milyon funt sterlinq olan Koulun qarət zamanı nə qədər ziyana düşdüyü bilinmir. Çünki sentyabrın 7-də İsveçrə ilə qarşılaşacaq yığma ilə bu ölkədə olan Eşli malikanəsinə qayıtmadığı üçün hansı əşyaların oğurlandığı dəqiqləşdirilməyib.
0
0