Emil Mpenza da “Simurq”a qənim kəsildi
06.09.2010 - 21:06
Unibank Premyer Liqasının IV turundan sonra yaranan fasilə dövrünü boşa vermək istəməyən klublar yoldaşlıq oyunları keçirməyi məqsədəuyğun sayıblar. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” və Zaqatalanın “Simurq” klubları bu gün yoxlama görüşündə qüvvələrini sınayıblar. Çempionatın II turunda rəqibini 4:0 hesabı ilə məğlub edən paytaxt futbolçuları yenə eyni hesabla qalib gəliblər. Premyer Liqa matçı Bahodir Nasimovun het-triki ilə əlamətdar olmuşdusa, bu dəfə digər legioner Emil Mpenza “səhnəyə çıxıb”. Belçika yığmasının futbolçusu bu qarşılaşmanı dubl müəllifi kimi tərk edib. Emillə yanaşı Fərid Quliyev və Vladimir Burduli də “Simurq”un qapısına yol tapıblar. Onlar hərəyə bir dəfə fərqləniblər.
0
0