İkinci 1:6 hesablı məğlubiyyətimiz
08.09.2010 - 13:06
Azərbaycan yığması 18 illik tarixində ikinci dəfə 1:6 hesabı ilə uduzdu. Apasport.az saytının hesablamalarına görə, milli komandamız ilk belə nəticəyə 2007-ci ilin oktyabrın 17-də Bakıda imza atıb. Həmin rəsmi oyunda Serbiya yığmasına 1:6 hesabı ilə uduzub, yeganə qolumuzun müəllifi hücumçu Samir Əliyev olub.
Millimiz bu dəfə həmin ağır məğlubiyyəti Almaniya yığması ilə Köln şəhərində keçirilən rəsmi oyunda aldı. Bu dəfə də rəqib qapısına hücumçu - Vaqif Cavadov yol tapdı. Maraqlıdır ki, hər iki görüş Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib.
Serblərə 1:6 hesablı yenilgi evdə rəsmi oyunlarda ən böyük hesablı məğlubiyyətimizdir. Şahin Diniyev həmin görüşdən sonra baş məşqçi postundan istefa verdi. Onun almaniyalı həmkarı Berti Foqtsun vaxtında isə ümumiyyətlə, Bakıda ən böyük hesablı məğlubiyyətimiz qeydə alınıb. Söhbət ötən il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda həmin vaxt Avropa çempionu olan İspaniya yığmasına 0:6 hesablı məğlubiyyətdən gedir.
Qeyd edək ki, millimiz tarixində ən böyük hesablı məğlubiyyət də bu ay olub. Bu, 1994-cü ilin sentyabrın 6-da Fransa yığmasına Oser şəhərində 0:10 hesabı ilə uduzduğumuz rəsmi oyundur.
Mehman SÜLEYMANOV

0
0