“Fənərbaxça” prezidenti fərari imiş!..
08.09.2010 - 16:14
“Fənərbaxça” prezidenti fərari imiş!..
Türkiyənin müdafiə naziri Vecdi Könül şok açıqlama verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vecdi Könül deyib ki, bu vaxta qədər hərbi xidmətə yararsızlıqla bağlı alınmış 40 min xəstəlik kağızı şübhə doğurur.

Müdafiə naziri bu xəstəlik arayışlarının 5 minin hazırda araşdırıldığını söyləyib. O bildirib ki, şübhə doğuran arayışlardan biri də “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla bağlıdır. Əziz Yıldırım Gülhanə Hərbi Tibb Akademiyasının həkimlərindən aldığı arayış sayəsində hərbi xidmətdən canını qurtarıb: “Bu xəstəlik kağızı da şübhə doğuran 5 min sənədin arasındadır. Əziz Yıldırım xəstəlik haqqında həmin arayışı aldığı dövrdə Sakarya və Düzcedə futbol oynayırmış. Həmin sənədlərin arasında elə məşhur şəxslərə məxsus olanlar var ki...”.