Belaruslu futbolçu: Bəziləri Azərbaycanın əsas yığmasında oynayacaq
08.09.2010 - 16:26
Belaruslu futbolçu: Bəziləri Azərbaycanın əsas yığmasında oynayacaq
”Azərbaycan yığması ilə oyun çox çətin alındı. Ola bilsin ki, kapitanımız Mixail Sivakovun yoxluğu özünü göstərdi. Ancaq yəqin ki, problem bunda deyil. Mən Borisovda belə pis meydançanın ola biləcəyini gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun 21 yaşlılardan ibarət yığma komandasının futbolçusu Pvel Nexayçik deyib. 2011-ci il Avropa çempionatının seçmə mərhələsinin son görüşü çərçivəsində azərbaycanlı həmyaşıdları ilə ev oyununda (1:0) qələbə topunun müəllifi olan yarımmüdafiəçi qazondan şikayətlənib: “O, yalnız bir neçə il öncə belə olmuşdu. Elə alındı ki, qazon belə vacib anda heç də yaxşı olmadı. Azərbaycanın yaxşı yığması var. Bəzi futbolçuları gələn il əsas yığmada oynayacaqlar. Bizə başqa nə mane oldu? Nəticəyə görə narahatlıq”.

Yığmamızın müqavimətini qırmaq üçün 75 dəqiqə gözləməli olan rəqibin futbolçusu fasilədə baş məşqçi Georgi Kondratyevin verdiyini göstərişlərin böyük rol oynadığını gizlətmir: “Həmin vaxt paltardəyişmə otağımızda konkret nə olduğu deməyəcəyəm. Ancaq baş məşqçi artırmağımızı xahiş etdi. Biz bunu edə, qol vura bildik. Stas Draqun yaxşı ötürmə verdi və mən vəziyyəti reallaşdırdım. Hesab edirəm ki, qolu iki nəfərin arasında bölmək olar. Başla qol vurmaq alındı. Hərçənd düşünmürəm ki, bu, mənim üstünlüyümdür. Son dəfə “Hafnarfyordur”la oyunda buna nail olmuşdum”.

Nexayçik Azərbaycanla oyundan sonra qələbəni şampanla qeyd etdiklərini bildirib: “Paltardəyişmə otağında pley-offa çıxdığımızı biləndə şampan içdik. Çox səs-küy idi. Meydanda olub-olmamağından asılı olmayaraq hamı sevinirdi. Belə demək olar ki, biz xoşbəxtik”.

Qeyd edək ki, Belarus yığmamız üzərində qələbədən sonra ən yaxşı qrup ikincisi kimi pley-offa çıxıb.
0