Mircavadov Foqtsu qınadı: Rəqib güclüdür deyə əllərimizi yuxarı qaldırmalıyıq?
08.09.2010 - 17:15
“Baş məşqçi heç vaxt oyundan əvvəl məğlubiyyətlə barışmamalı, uduzacaqlarını deməməlidir. Mən bunu Moskvada Ali Məşqçilər Məktəbində Konstantin Beskov, Eduard Malofeyev, Valeri Lobanovski kimi məşqçilər bizə dərs keçərkən görmüşəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Yığmamızın növbəti seçmə mərhələyə 1:6 hesablı məğlubiyyətlə başlaması çoxları kimi təcrübəli mütəxəssisimizi də məyus etdi. Hərçənd Mircavadov saytımıza oyun öncəsi verdiyi açıqlamasında yığmamızın Almaniya ilə səfər oyununa nikbin baxdığını, ən azı yaxşı oyun gözlədiyini bildirmişdi. O, millimizi çalışdıran almaniyalı həmkarı Berti Foqtsu qınayır: “Dahi məşqçilər də deyirdilər ki, heç vaxt məğlubiyyəti öncədən qəbul etmək lazım deyil. Məlum şeydir ki, Almaniya yığması çox güclü rəqibdir. Ancaq baş məşqçi komandanı elə hazırlamalıdır ki, qələbə uğrunda mübarizə aparsın. Yoxsa qorxub uduzacağını əvvəldən etiraf etməli, oyun öncəsi bədbin olmamalısan. Əslində belə komandalarla görüş bizim üçün o mənada asan olur ki, onsuz da heç nə itirmirsən və öz imkanların daxilində yaxşı oynamalı, nəticə qazanmağa çalışmalısan. Aydın məsələdir ki, futbolçunun ustalıq səviyyəsi böyük rol oynayır. Ancaq sən də öz oyununu göstərməyə çalışmalı, hücum etməli, yaradıcı oyun göstərməlisən. Bir də ki futbolda o qədər sürpriz nəticə olub ki... Kim deyə bilərdi ki, Əlcəzair 1982-ci ildə dünya çempionatında öz qrupunda həmin Almaniyaya qalib gələcək?”
Mircavadovu narahat edən təkcə nəticə yox, oyun baxımından da ciddi problemlərin olmasıdır. Onun sözlərinə görə, hər bir məşqçi rəqib haqda məlumat toplamalı, oyununu bilib təhlil etməli və öz oyununu itirməmək şərti ilə ona qarşı taktika qurmalıdır: “İstənilən halda futbolçularını qələbəyə kökləməlisən. Güclü rəqiblərlə görüşməyin o demək deyil ki, əllərini yuxarı qaldırıb, təslim olmalısan. Burada söhbət yalnız qapıçı, müdafiəçilərdən getmir. Hər futbolçu öz mövqeyini bilməlidir. Meydanda görünməlidir ki, kim oyunu aparır. Rəqibdə Sami Hedira, Məsut Özil həm hücum edir, həm də müdafiə olunur, digər yarımmüdafiəçi Bastian Şvaynştayger orta sahədə oyunu aparırdı. Ancaq bizdə isə bir mövqeyə üç futbolçu qoyulmuşdu. Yəni Samir Abbasov, Aleksandr Çertoqanov, Elnur Allahverdiyev eyni tipli, yəni müdafiəyə meylli futbolçulardır. Ola bilər ki, baş məşqçi pis nəticədən qorxduğundan, belə müdafiə heyəti meydana buraxıb. Ancaq sonda onsuz da elə bu heyətlə də böyük hesabla uduzduq. Belədirsə, yaradıcı futbolçulardan istifadə etmək lazımdır. Kəmiyyəti yox, keyfiyyəti fikirləşmək lazımdır. Foqts isə müdafiə oyunçularının sayını çoxluğunu üstün tutdu”.
Startda ağır məğlubiyyət nə qədər üzücü olsa da, təcrübəli mütəxəssis bədbinləşməməyi tövsiyə edir. Mircavadov oyun komponentlərində artımın vacibliyini qeyd edir: “Qayda belədir ki, topa səndədirsə, hücuma keçməlisən. Top rəqibdədirsə, topu almağa çalışmalı, rəqibi onu itirməyə məcbur etməlisən. Bu isə meydanda hərəkətlər, aldatmaqla, psixoloji durum, qorxmamaqla bağlıdır. Yəni rəqibin topsuz qalmasına çalışmalı, əzmkarlıq göstərməlisən. Qarşıda bizi gələn ay bir həftəyə ardıcıl iki oyun gözləyir. Avstriya ilə səfər oyunundan sonra Türkiyəni qəbul edəcəyik. Foqts oyun taktikasını dəyişməlidir. Həmin görüşlərə bir ay qalıb və futbolçular öz üzərlərində çalışmalıdır”.
Mehman SÜLEYMANOV

0
0