Kapello məşqçiliklə vidalaşır
09.09.2010 - 09:40
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Avro-2012-nin final mərhələsindən sonra məşqçiliklə vidalaşacağını bildirib. İngilislərlə 2 illik müqaviləsi qalan 64 yaşlı Kapello bundan sonra vaxtını ailəsi ilə keçirmək niyyətindədir.
Qeyd edək ki, 2008-ci ildən İngiltərə yığmasının sükanı arxasında olan baş məşqçi daha öncə “Real”, “Milan”, “Yuventus” və “Roma” kimi klubları çalışdırıb.
Qeyd edək ki, 2008-ci ildən İngiltərə yığmasının sükanı arxasında olan baş məşqçi daha öncə “Real”, “Milan”, “Yuventus” və “Roma” kimi klubları çalışdırıb.
0
0