Azərbaycana qalib gəldi, Türkiyə ilə oyun öncəsi mükafatlandırılacaq
09.09.2010 - 10:58
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv mükafatlandırılacaq. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis oktyabrın 8-də Berlində Türkiyə yığması ilə oyundan öncə Ləyaqət nişanı ilə təltif ediləcək.
Onunla yanaşı, Cənubi Afrika Respublikasında bürünc medal qazanmaqda əsas pay sahibi olan futbolçular da mükafatsız qalmayacaqlar. Bundestimin üzvlər əldə etdikləri uğurlara görə gümüş dəfnə ağacı yarpağına layiq görülüblər.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində Almaniya futbolçuları Azərbaycan milli komandasına 6:1 hesabı ilə qalib gəliblər.

0
0