“Yığmanın baş məşqçisini məhkəməyə verəcəyik”
10.09.2010 - 11:19
“Yığmanın baş məşqçisini məhkəməyə verəcəyik”
CAR-da keçirilən dünya çempionatının daha bir iştirakçısı baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, Qana yığmasının baş məşqçisi Milovan Raevats komandadan ayrılmaq qərarına gəlib. Serbiyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan aldığı cəlbedici təklifə görə Qananı tərk edir.

Raevatsın ərəblərlə müqavilə imzalaması Afrika ölkəsində narazılığa səbəb olub. Federasiya prezidenti Kvesi Nyantaki serbiyalının düzgün addım atmadığını bildirib: “Raevats düzgün hərəkət etmədi. O, bizimlə anlaşmanı uzadır, digər tərəfdən “Əl-Əhli” ilə müqavilə imzalayır. Bu məlumat təsdiqini tapsa biz serbiyalını məhkəməyə verəcəyik”.

Qeyd edək ki, Qana yığması Raevatsın rəhbərliyi altında dünya çempionatının 1/4 finalına yüksəlmişdi.