Çempionatımızın V turu yarım saat tez başlayacaq
10.09.2010 - 12:10
Çempionatımızın V turu yarım saat tez başlayacaq
Unibank Premyer Liqasının V turunun başlama saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, iki həftəlik fasilədən sonra baş tutacaq ilk qarşılaşma olan “Turan” – “Qəbələ” oyunu əvvəlcədən planlaşdırıldığından tez başlayacaq. Hava şəraitini nəzərə alan Peşəkar Futbol Liqası görüşün start fitinin 17:00-da verilməsini lazım bilib.

Qeyd edək ki, qarşılaşmanın 17:30-da başlaması nəzərdə tutulmuşdu.