“Hakimlərə 5000 seminar keçirlər, nəticəsi də budur”
10.09.2010 - 14:08
“Hakimlərə 5000 seminar keçirlər, nəticəsi də budur”
“Elə bil kimsə əllə gözümə zərbə endirdi. Ən çox ondan qorxurdum ki, gözümü, görmə qabiliyyətimi itirərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Per Mertezaker deyib.

Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununun əvvəlində ciidi zədələnərək meydanı tərk edən müdafiəçi matçın baş hakimindən narazı qalıb. Per onun gözünə dirsək zərbəsi vuran Vaqif Cavadovun cəzalanmamağına görə isveçli referi Markus Stromberqsonu qınayır: “Mən bu hakimi heç başa düşə bilmədim. İldə 5000 seminar keçirlər. Bu seminarların da nəticəsi budur. Heç ona sarı vərəqə də vermədilər. Mən isə zədə üzündən 3 həftə “istirahət etməli” olacağam. Hələ bundan sonrasına da aydınlıq gəlməyib”.

Qeyd edək ki, Mertezakerin çıxış etdiyi “Verder” klubu bu həftəsonu ölkə çempionatında “Bavariya”, qarşıdakı həftə isə Çempionlar liqasında “Tottenhem”lə üz-üzə gələcək.