“Xəzər Lənkəran”ın oyununun vaxtı dəyişdirildi
10.09.2010 - 20:32
Unibank Premyer Liqasının V turunun daha bir matçının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası süni işıqlandırma sistemi olmayan stadionlardakı qarşılaşmaların tez başlamasını lazım bilib. Elə bu səbəbdən də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Xəzər Lənkəran” – MOİK oyunu saat 17:00-da başlayacaq. Sentyabrın 12-də baş tutacaq görüşə əvvəlcədən 17:30-da start verilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, bir gün əvvəl oynanılacaq “Turan” – “Qəbələ” oyununun da başlama saatı 17:30-dan 17:00-a keçirilmişdi.
Mənbə: pfl.az
Qeyd edək ki, bir gün əvvəl oynanılacaq “Turan” – “Qəbələ” oyununun da başlama saatı 17:30-dan 17:00-a keçirilmişdi.
Mənbə: pfl.az
0
0