Ruslan Abışov: Tezliklə qayıdacağam
10.09.2010 - 20:55
"Almaniyada müalicə və bərpa kursları keçirəm. Özümü normal hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçirilən Almaniya – Azərbaycan matçında iştirak etmək üçün vətəni tərk edən müdafiəçi hələ də geri qayıtmayıb. Almaniyada zədələnən Ruslan müalicəsini elə bu ölkədə davam etdiri. Abışov şərəfini qoruduğu Bakının “Neftçi” klubunun rəsmi internet saytına açıqlamasında durumu haqda danışıb: “Müalicəmi başa vurub, sentyabrın 19-da "Neftçi"nin düşərgəsinə qoşulacağam. İnşallah, tezliklə yaşıl meydana qayıdacağam. Həmin günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Ruslanın oynamadığı matçda yığmamız Almaniyaya 1:6 hesabı ilə uduzub.

0
0