Azərbaycan milli komandasının taleyi Kopakabana çimərliyində
10.09.2010 - 23:14
Azərbaycan milli komandasının taleyi Kopakabana çimərliyində
Final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə oyunlarının püşkatma mərasiminin yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundiala ev sahibliyi edəcək Braziliyaya səfər edən FİFA-nın nümayəndə heyəti püşkün atılacağı məkanı seçib. Qurumun baş katibi Cerom Valke bununla bağlı açıqlama verməsə də Rio-de-Janeyro rəhbərliyi sirrin üstünü açıb. Belə ki, şəhərin meri Eduardo Reş seçmə mərhələ ilə bağlı qeyri-müəyyənliyə son qoyub. Gələn ilin iyulunda keçiriləcək tədbir bütün dünyada məşhur olan Kopakabana çimərliyinin kənarındakı fortda təşkil olunacaq.

Qeyd edək ki, hazırda Avro-2012-nin seçmə mərhələsində çıxış edən Azərbaycan milli komandasının DÇ-2014 yolundakı rəqibləri də həmin çimərlikdə bilinəcək.
0