“Əskişəhərspor” uduzdu, Ərtoğrul Sağlam Rəşad Sadıqovu izləyə bilmədi
11.09.2010 - 09:55
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun yenicə transfer olunduğu “Əskişəhərspor” klubunun Türkiyə Superliqasında uğursuz çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, Əskişəhər təmsilçisi IV turda səfərdə son çempion “Bursaspor” klubuna 1:2 hesabı ilə uduzub.
Hərçənd Rəşadın komandası 20-ci dəqiqədə Sezerin vurduğu qolla hesabı açır. Ancaq “Bursaspor” ikinci hissənin ortasında 7 dəqiqəyə oyunun taleyini öz xeyrinə həll edə bilir. Belə ki, 69-cu dəqiqədə Nunyes, 7 dəqiqə sonra Sərcan Yıldırım “Əskişəhərspor”un qapısına yol tapır. Bu, Sadıqovun yeni klubuna keçəndən sonra ilk oyunu olsa da, meydana çıxmaq ona nəsib olmur. Baş məşqçi Rza Çalımbay yığmamızın Almaniyadakı ağır məğlubiyyətindən (1:6) sonda düşərgəyə gələn müdafiəçimizi ehtiyatda saxlayır. Bununla da Rəşad onu Türkiyəyə gətirən ilk məşqçisi Ərtoğrul Sağlama özünü göstərmək imkanı qazanmır.
Qeyd edək ki, “Bursaspor”u tarixində ilk dəfə çempion edən Sağlam 2005-ci ildə Sadıqovu çalışdırdığı “Kayserispor” klubuna gətirmişdi.

0
0