Azərbaycan klublarının Avrokuboklarda iştirakı üçün tələblər sərtləşdiriləcək
11.09.2010 - 10:38
Azərbaycanı Avropada təmsil edəcək klublara tələblər artacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı UEFA-ya daxil olan 53 milli assosiasiyanın nümayəndələrinin iştirakı ilə keçirilən seminar başa çatıb. Qitə futbol qurumu avrokuboklarda öz ölkələrini təmsil edən klublara maliyyə tələblərini sərtləşdirmək niyyətindədir. Bu da klubların turnirdən pul problemi ilə əlaqədar çıxarılması ilə bağlı vəziyyətin təkrarlanmamağı ilə bağlıdır.
Qeyd edək ki, İspaniyanın “Malyorka” və İngiltərənin “Portsmut” klubları bu səbəbdən cari mövsümdə avrokuboklardan kənarlaşdırıldı. Hər iki klub müflis olunmuş sayılaraq, vəsiqə qazandıqları qitə kuboklarına buraxılmadı.

0
0