Ukraynada Azərbaycan futbolu ilə bağlı xəta
11.09.2010 - 11:07
Ukraynanın “Volın” klubunun heyətində “transfer pəncərəsi” bağlanandan sonra iki yeni futbolçu yer alıb. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız bunlardan biri olan qapıçı Nikolay Pavlenkonu təqdim edərkən, xətaya yol veriblər. Məsələ ondadır ki, 31 yaşlı Pavlenkonun çıxış etdiyi əvvəlki ölkələri qeyd edərkən, Azərbaycanın da müxtəlif klublarının şərəfini qoruduğu bildirilib. Hərçənd ölkə çempionatımızda bu adda nəinki qapıçı, ümumiyyətlə, futbolçu oynamayıb. Maraq üçün deyək ki, Nikolayın təqdimatı kimi debütü də uğursuz alıb.
Belə ki, “Sevastopol” klubu ilə oyunun ilk hissəsinin sonunda meydana çıxan qapıçı 88-ci dəqiqə avtoqola imza atıb və hesabı 3:5 rəqibin xeyrinə dəyişib. Bu isə “Volın”ın sərt xarakteri ilə tanınan baş məşqçisi Vitali Kvartsyanının ona güvənməyəcəyini deməyə əsas verir.
Qeyd edək ki, bir sıra futbolçumuz – Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Cahangir Həsənzadə və Fərrux İsmayılov “Volın”da onun rəhbərliyi altında oynayıb.

0
0