Rza Çalımbay Rəşad Sadıqovun oynadığı mövqeni problemli sayır
11.09.2010 - 11:29
Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Rza Çalımbay Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu mövsüm öncəsi transfer etmədiklərinə görə heyfsilənir. Apasport.az saytının məlumatına görə, bir vaxtlar “Beşiktaş” klubunu çalışdıran təcrübəli mütəxəssis əsas problemlərini müdafiə xəttində görür. Mövsümə zəif başlayan “Əskişəhərspor”un 4 oyundan sonra hesabında cəmi 1 xal var. Çalımbay əsas problemi Rəşadın çıxış etdiyi müdafiənin mərkəzində görür: “Ən böyük problemimiz sadə qollar buraxmağımızdır. Bunun da səbəbi mövsüm öncəsi iki mərkəz müdafiəçisi almamağımızdır. Hələ ötən ilin müdafiəsi ilə oynayırıq. Bizim çətinliyimiz müdafiədədir”.
Qeyd edək ki, Çalımbay saytımıza verdiyi eksklüziv müsahibəsində hələ şans vermədiyi Sadıqovla bağlı “Gərək onu mövsüm öncəsi transfer edərdik” fikrini səsləndirmişdi.
Qeyd edək ki, Çalımbay saytımıza verdiyi eksklüziv müsahibəsində hələ şans vermədiyi Sadıqovla bağlı “Gərək onu mövsüm öncəsi transfer edərdik” fikrini səsləndirmişdi.
0
0