Millinin keçmiş üzvü edam olunacaq
11.09.2010 - 12:16
Millinin keçmiş üzvü edam olunacaq
Tehran məhkəməsi bir vaxtlar İranın futbol üzrə milli komandasında çıxış etmiş Yadulla Əkbəriyə edam cəzası verib. Lent.az-ın məlumatına görə, "Pas" klubunun formasını geyinən Yadulla Əkbəri narkotik maddələrin əldə edilməsi və saxlanmasında günahkar bilinib. Futbolçu bir müddət əvvəl komandanın məşqində həbs olunub. Axtarış zamanı onun evindən 40 qrama yaxın heroin aşkar edilib. Məhkəmə futbolçunun əmlakının da müsadirə edilməsini qərara alıb.

Qeyd edək ki, Yadulla Əkbəri uzun müddət İranın aparıcı klublarından olan "İstiqlal"ın formasını geyinib və dəfələrlə ölkə yığmasına da çağırılıb.