“Rəşad Sadıqovun gedişi “Qarabağ” üçün heç də yaxşı olmadı”
13.09.2010 - 11:42
“İnter”lə oyun ağır oldu. Pis başlamamışdıq. Elementar səhvimizdən rəqib qol vurdu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Şənbə günü keçirilən “İnter” – “Qarabağ” matçını tribunadan izləyən 22 yaşlı futbolçu komandasının məğlubiyyətinə təəssüflənib: “İkinci hissədə qol vurmaq üçün xeyli imkanımız oldu. Hətta epizodların birində Vüqar Nadirovun zərbəsi qapı dirəyinə tuş gəldi”.
O, Rəşad Sadıqovun gedişindən sonra müdafiə xəttində müəyyən boşluqların olduğunu da etiraf edib: “Sözün düzü, müdafiədə Rəşadın yeri görünürdü. O, komandanın lider oyunçusu idi. Sadıqovun gedişi “Qarabağ” üçün heç də yaxşı olmadı. Ona Türkiyədəki oyunlarda uğurlar arzulayıram”.
Əfran öz mövqeyində - yarımmüdafiənin sağ cinahında çıxış edən Vüqar Nadirovun oyunundan razı qaldığını da vurğulayıb: “Mənim mövqeyimdə Vüqar çıxış edirdi. O, fəallığı ilə yadda qaldı. Deməzdim ki, yoxluğum hiss olunurdu. Vüqar buna imkan vermədi”.
Məğlubiyyəti unutmağa çalışacaqlarını deyən İsmayılov artıq qarşıdakı oyunlar haqqında düşünməyin vacibliyini qeyd edib: “Bu futboldur. Qələbə ilə yanaşı, məğlubiyyət də olur. Bu yenilgini unudub, qarşıdakı oyunlar haqqında düşünməliyik. Hələ çempionat yenicə başlayıb”.
Qeyd edək ki, yığmamızın da üzvü olan Əfran ilk turda “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ağır zədələnərək, uzun müddətə sıradan çıxıb.

0
0