Avropada futbol bayramı başlayır: “Bursaspor” ÇL-də debüt edir
13.09.2010 - 13:14
Avropada futbol bayramı başlayır: “Bursaspor” ÇL-də debüt edir
Sabah Avropada böyük futbol bayramının startı veriləcək. Apasport.az saytının məlumatına görə, qitədə ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin oyunları başlayır.

Azarkeşlər artıq ilk turda bir sıra maraqlı oyunların şahidi olacaq. Bu mənada turun mərkəzi oyunu “Bavariya” - “Roma” görüşünü saymaq olar. Münhen təmsilçisi ötən mövsüm turnirin qalibi olmağa yaxın olsa da, finalda uduzdu. Onu 2:0 yenərək qalib olan “İnter” mübarizəyə Hollandiyada başlayacaq. Ancaq turnirin debütantı olan “Tvente” Vaqif Cavadovu “Bakı”ya bir illiyə icarəyə verdiyindən, yığmamızın hücumçusunun adı UEFA-ya göndərilən iştirak ərizəsinə də daxil edilməyib.

Sözsüz ki, azarkeşlərimizin maraqla gözlədiyi komandalardan biri də qardaş ölkənin yeganə təmsilçisi “Bursaspor”dur. Düzdür, Ərtoğrul Sağlamın baş məşqçisi olduğu komanda ÇL-də ilk dəfə oynasa da, hər halda, Türkiyənin son çempionudur. Üstəlik, Bursa təmsilçisi cari çempionatda 4 oyundan sonra yüz faizli nəticə göstərən yeganə komanda olmaqla, çempionluqlarının təsadüfi olmadıqlarını sübut edir. Türkiyə Superliqasının vahid lideri debütdə evdə oynasa da, çətin sınaq qarşısında olacaq. Hər halda, uzun fasilədən sonra ÇL-ə qayıdan “Valensiya” vaxtilə finala kimi də irəliləyib.

Qeyd edək ki, oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.

UEFA Çempionlar Liqası, qrup mərhələsi
I tur
14 sentyabr


A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya)
“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə)

B qrupu
“Lion” (Fransa) – “Şalke-04” (Almaniya)
“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail)

C qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya)
“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya)

D qrupu
“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan)
“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya)

15 sentyabr

E qrupu

“Bavariya” (Almaniya) – “Roma” (İtaliya)
ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə)

F qrupu
“Marsel” (Fransa) – “Spartak” (Moskva, Rusiya)
“Zilina” (Slovakiya) – “Çelsi” (İngiltərə)

G qrupu
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya)
“Milan” (İtaliya) – “Oser” (Fransa)

H qrupu
“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya)