Zeynal Məmmədov: Bunu futbolçuların öz vicdanına buraxıram
13.09.2010 - 14:29
“Bakı”nın vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- “Gəncə” ilə oyunda komanda necə təsir bağışladı?
- Çox pis və bərbad oyun oldu. “Bakı” heç cür özünə bənzəmirdi. Razı qalmadım. Ola bilsin, oyun təcrübəsinin azlığı ilə bağlı olsun. Ancaq belə olmamalı idi.
- “Bakı” xalları itirə-itirə gedir. Bunları sonra bərpa etmək mümkün olacaqmı?
- Bəli, xalları itirə-itirə gedirik. Mühüm xallardır, sonda bizə lazım olacaq. Düzdür, mövsüm yeni başlayıb, onları sığortalamaq olar. Lakin belə olmaz. Görək də..
- Vaqif Cavadov “Bakı”nın heyətində ilk oyununa çıxdı. Hücumçu necə təsir bağışladı?
- Bu, Vaqifin “Bakı”nın formasında ilk oyunu idi. Ona görə də bir söz demək çətindir. Ancaq elə də gözə çarpmadı. Bu sözlər tək Vaqifə yox, bütün komandaya aiddir.
- “Gəncə” ilə oyunda futbolçularınız 7 sarı, 2 qırmızı vərəqə aldı. Sizcə, bu çox deyilmi?
- Həddindən artıq çoxdur. Özü də vərəqələrin əksəriyyətini lazımsız yerə aldılar. Bunu futbolçuların öz vicdanına buraxıram. Bəzən onları qınamaq da olmur. Çünki oyunun ab-havası fərqli olur. Nə bilim, cəzalarını aldılar.
- Həmin futbolçular klub rəhbərliyi tərəfindən cəzalandırılacaqmı?
- Hər halda belə davam edə bilməz. Əlbəttə, klubdaxili iclas keçiriləcək. Həm də komanda özünə gəlməyib. Bir aya yaxındır rəsmi oyun keçirmirdik. İstənilən halda, bu cür davam edə bilməz. Tədbir görülməlidir.
- Yayda heyətə cəlb edilən futbolçulardan bəzilərə səviyyələrinə uyğun çıxış etmirlər. Bu cür davam etsə, qışda onlardan göndərilənlər olacaqmı?
- Kim ürəklə oynamırsa, eləcə də komandada qalmaq istəmirsə, yola salacağıq gedəcək. Bizdə həmişə belə olub, bu cür də davam edəcək.

0
0