Arif Əsədov: “Muğan” hər zaman sürpriz etməyə qadirdir
13.09.2010 - 14:48
“Muğan”la oyunun təxirə salınması hazırlıq planlarımıza təsir etsə də, bu, bizim işimizdir. Biz hər şeyə hazır olmalıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının V turunda Salyanın “Muğan” klubu ilə görüşməli olan “ağ-qaralar” güclü yağışların yağması nəticəsində Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yararsız vəziyyətə düşdüyündən, rəqibini sabah qəbul edəcək. Almaniyada müalicə kursu müdafiəçi Ruslan Abışov istisna olmaqla, tam heyətlə hazırlaşan “Neftçi” qələbə qazanaraq liderliyini qaytarmağa köklənib. Əsədov “Muğan”la oyuna bu məqsədlə çıxacaqlarını bildirib: “Oyunumuz nəzərdə tutulduğu kimi, ötən şənbə keçirilsəydi, ertəsi istirahət edib bu gündən növbəti turda MOİK-lə görüşə hazırlaşacaqdıq. Ancaq məlum səbəblərə görə oyun təxirə salındı və planlarımızda dəyişiklik etməli olduq. Təlim-məşq toplanışımızı davam etdirib, gündə bir dəfə məşqlə kifayətlənirik. Biz heç bir rəqibi zəif, yaxud güclü komandaya bölməyib, hər oyuna ciddi hazırlaşırıq. Dünənki nəticədən, yəni “Xəzər-Lənkəran” qalib gələndən sonra liderliyi ələ keçirdi. Əsas məqsədimiz qələbə qazanıb, liderliyi qaytarmaqdır. Liderliyi ələ keçirmək asandırsa, onu qaytarmaq bir o qədər çətindir. Xallarımızı “Xəzər Lənkəran”la bərabərləşdirib, liderliyi əldən buraxmamaq istəyirik. Bu da bir motivasiyadır”.
Gənc çalışdırıcının sözlərinə görə, “Muğan”dan sürpriz gözləməyə dəyər: “Bu komandanın “Gəncə” ilə oyununu izləmişəm. Ötən mövsümlə müqayisədə “Muğan”ın həm heyətində, həm də oyununda dəyişiklik var. Döyüşkən komandadır. “Muğan” hər zaman sürpriz etməyə qadirdir”.
Əsədov çempionluq uğrunda əsas rəqiblərdən sayılan “İnter”, “Bakı”, “Qarabağ”ın qeyri-sabit çıxışını arxayınçılığa əsas saymır: “Onları da başa düşmək lazımdır. Çünki bu komandaların avrokuboklardan sonra psixoloji durumlarını nəzərə almalıyıq. Bunu xüsusilə “Qarabağ”a aid etmək olar. Avrokuboklarda çıxışlarını başa vurandan sonra bütün diqqətlərini çempionata yönəldiblər. İstənilən halda rəqiblərimizi hesabdan silmək olmaz. Çempionluq marafonu bir sıra komandaların iştirakı ilə davam edəcəkdir”.
Mehman SÜLEYMANOV

0
0